Həbsxanadan helikopterlə qaçdılar

18 Mart 2013 10:56 (UTC+04:00)

Belə ki, təxminən 500-ə yaxın saxlanılanların istirahət vaxtı həbsxananın bağçasına helikopter enərək, 4 nəfərin həbsxanadan azad olmasına kömək edib.

Şahidlərin sözlərinə görə, xilas olan 4 nəfərdən 2-si 7 illik həbs cəzasına məhkum edilmiş və cəza müddətinin 6 ilini başa vurmuşdular.

Şəhər polis bölməsindən verilən məlumata görə, hələlik helikopterin hansı istiqamətə hərəkət etdiyi bəlli deyil.

Aynur Hüseynova
AzNews.az