Bakıda ər və arvad faciəvi şəkildə öldü

18 Mart 2013 11:00 (UTC+04:00)



Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Təvəkkül Həsənovun idarə etdiyi "Mersedes" və Fərid Eminovun idarə etdiyi "Dodge" markalı avtomobillər toqquşub.

Nəticədə T.Həsənov və sərnişini, həyat yoldaşı Yeganə Rəsul qızı hadisə yerində ölüb.

Faktla əlaqədar araşdırma aparılır.

AzNews.az