58 yaşlı kişini ilan vurdu

22 May 2018 09:19 (UTC+04:00)

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, mayın 21-dən 22-ə keçən gecə rayonun Kiçik Dəhnə kənd sakini, 1960-cı il təvəllüdlü Raqif Tapdıq oğlu Hacıyev ilan sancması xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan bildirilib ki, Raqif Hacıyevi yaşadığı evin həyətyanı sahəsində gəzərkən ilan onun sol ayağın baldır nahiyəsindən sancıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Raqif Hacıyevə lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı peyvənd vurulub, vəziyyəti orta-ağır qiymətləndirilir.

AzNews.az