6 yaşlı qızına seksual hərəkətlər edən ataya hökm oxundu

22 May 2018 11:07 (UTC+04:00)

Bu barədə AzNews.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. Onun sözlərinə görə, prosesə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb və məhkəmənin hökmü ilə övladına qarşı seksual hərəkətlərdə ittiham olunan atanın barəsində 12 il həbs qərarı verilib: “Ata etdiyi hərəkətlərə görə qanun qarşısında cəzasını aldı”, - K.Ağazadə bildirib.

Qeyd edək ki, bir müddət öncə Binəqədi rayonunda ata 6 yaşlı qızına qarşı seksual hərəkətlər etməkdə ittiham olunub. 6 yaşlı qız Azərbaycan Uşaqlar Birliyinə Binəqədi Rayon Polis Şöbəsi tərəfindən yerləşdirilib.

Bahar RÜSTƏMLİ
AzNews.az