“Türkiyə İsraillə iqtisadi əlaqələri təkrar nəzərdən keçirəcək” - Ərdoğan

22 May 2018 12:34 (UTC+04:00)

Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O ümid etdiyini bildirib ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) da İsrailin ticarət blokadasına salınması qərarını həyata keçirəcək.

R.T.Ərdoğan əlavə edib ki, İƏT-in son sammitində fələstinlilərin müdafiəsi üçün BMT-yə sülhməramlı qüvvələrin yaradılması təklif edilib:

“Biz hesab edirik ki, bu, İsrailin hərəkətlərinin qarşısını alacaq və onlar üçün BMT qüvvələrinə atəş açmaq asan olmayacaq”.

AzNews.az