Göygöldə avtomobil qatarla toqquşub, xəsarət alanlar var

18 Mart 2013 11:54 (UTC+04:00)
Göygöl rayonunun Quşqara kəndi ərazisində avtomobil qatarla toqquşub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə Şəmkir rayon Sərxanlı kənd sakini, 1978-ci il təvəllüdlü sürücü Ramil Əsgərov gecə saat 12 radələrində işdən evə qayıdan zaman Quşqara kəndi ərazisindəki dəmir yolu xəttinin keçid üçün nəzərdə tutulan hissəsindən keçərkən qatarla toqquşub. Sürücü və avtomobildə olan iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. İlkin ehtimallara görə, hadisə şlaqbaumun bağlı olmaması və xəbərdarlıq verilməməsi səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az