Las Veqas meri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Bəyannamə imzaladı

23 May 2018 10:13 (UTC+04:00)

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna ünvanlanmış Bəyannamədə Las Veqas şəhərinin meri Azərbaycan xalqını bu xüsusi yubiley münasibətilə təbrik edərək, xoş arzularını çatdırıb.

Baş Konsulluqdan APA-ya verilən məlumata görə, sənəddə Azərbaycan və ABŞ arasında dostluq və tərəfdaşlığın gücləndirilməsi və davamlı inkişafı xüsusi vurğulanır.

Qeyd edək ki, dünyanın əyləncə paytaxtı adlandırılan Las Veqas şəhəri ABŞ-ın ən çox ziyarət olunan turizm məkanlarından biridir. Əhalisinin sayına görə Nevada ştatının ən böyük şəhəri olan Las Veqas ştatın ən aparıcı mədəni, maliyyə və biznes mərkəzidir.

AzNews.az