“Nikahların pozulmasına çox vaxt “Facebook” səbəb olur” - Hadi Rəcəbli

23 May 2018 11:52 (UTC+04:00)

APA-nın məlumatına görə, bunu Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib.

O bunu acınacaqlı hal adlandırıb.

Komitə sədri onu da qeyd edib ki, ölkədə çoxuşaqlılıq azalıb: “Əgər əvvəl orta hesabla ailədə 5 uşaq doğulurdusa, indi iki uşaq doğulur”.

H. Rəcəbli ölkədə aliment fondunun yaradılmasının əleyhinə çıxıb: “Biz buna getsək, fəsadları ola bilər. Ona görə də başqa variant düşünməliyik”.

AzNews.az