Səudiyyə Ərəbistanı daha 5 hərbçisini itirdi

23 May 2018 13:47 (UTC+04:00)

Trend-in məlumatına görə, hərbçilər "Ansar Alla" qiyamçı təşkilatı tərəfindən öldürülüb.

Məlumata görə, Səudiyyə Ərəbistanı qoşunlarının kapitanı Əhməd ben Vabil əl-Vabil də 4 hərbçi ilə cənub sərhədlərində döyüş zamanı həlak olub.

Qeyd olunur ki, Səudiyyə Ərəbistanı uzun illərdən sonra ilk dəfə Yəmən qiyamçıları ilə toqquşmalarda həlak olanlar barədə məlumatı təsdiqləyib.

AzNews.az