AzNews.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib.
A.Nəcəflinin sözlərinə görə, buna səbəb sözügedən avtomobil yolunda təmir işlərinin aparılmasıdır:
“Təmir işləri ilə əlaqədar Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Binəqədi və Xırdalan qəsəbələri arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq. Hərəkətin məhdudlaşdırlması mayın 24-ü axşam saatlarınadək qüvvədə olacaq”.
Bahar RÜSTƏMLİ
AzNews.az