Bir gündə 6 nəfər “yol terroru”nun qurbanı oldu

18 Mart 2013 12:22 (UTC+04:00)



Trend Daxili İşlər Nazirliyinin rəsmi məlumatına istinadən xəbər verir ki, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 50 cinayət faktı qeydə alınıb, onların da 28-i "isti izlər"lə açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 27 nəfər tutulub.

AzNews.az