Nərimanovda bayram şöləni - Fotolar

18 Mart 2013 12:51 (UTC+04:00)

Hazırda paytaxtın Nərimanov rayonunda Novruz bayramı ilə bağlı tədbir keçirilir. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən mərasimdə icra başçısı Abdin Fərzəliyev, Nərimanov rayonunu parlamentdə təmsil edən millət vəkilləri - Adil Əliyev, Rasim Musabəyov, rayon veteranlar Şurasının sədri Miri Həsənov, ictimaiyyət nümayəndələri, müharibə və əmək veteranları, şəhid ailələri, Qarabağ müharibəsi qaziləri iştirak edir.

Mərasimdə rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək Azərbaycan xalqını qədim tarixə malik Novruz bayramı münasibətilə təbrik edib. Ölkəmizdə, o cümlədən rayon ərazisində 2012-ci ildə həyata keçirilən işlər, 2013-cü ildə icrası nəzərdə tutulan layihələr barədə məlumat verib. Millət vəkili Adil Əliyev rayon ictimaiyyətinin timsalında bütün xalqımıza bayram münasibətilə təbriklərini çatdırıb.

Veteranlar Şurasını sədri Miri Həsənov bayram tədbirlərinin keçirilməsini xalqımızın qədim adət-ənənələrini yaşatmaq baxımından əhəmiyyətini qeyd edib.

Tədbir hazırda tanınmış incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edir.

Mahir Hüseynbəyli
Aznews.az