Bu gün Bakıda “Moody’s” “İllik Azərbaycan Sammiti”i keçirir

24 May 2018 09:54 (UTC+04:00)

“APA-Economics” xəbər verir ki, sammitdə MDB-nin kredit analitiklərini bir araya gələrək Azərbaycanın islahatlar sahəsində irəliləyişi, fərqli kredit profillərinə söykənən əsas amillər müzakirə ediləcək.

Sammit 3 paneldən ibarət olacaq. Birinci paneldə neftin qiymətinin ucuzlaşma ehtimalının uzunmüddətli və qısamüddətli perspektivləri, ikinci paneldə Azərbaycanın bank sektorunun perspektivləri ilə bağlı “İqtisadi canlanmanın bank sektorunun bərpasına əsas olması barədə”, sonuncu paneldə isə neft sektorunun perspektivləri “neft bazarı yenidən balanslaşdırılıb, lakin risklər hələ də qalır” mövzusuna həsr olunub.

Qeyd edək ki, sammitdə reytinq komitəsinin modelləşdirilməsi mövzusunda da seminar keçiriləcək.

AzNews.az