Türkiyə yenə şəhid verdi

24 May 2018 12:30 (UTC+04:00)

“Report” DHA-ya istinadən xəbər verir ki, qoruyucuların mindiyi avtomobil terrorçu PKK qruplaşmasının yola döşədiyi minaya düşüb.

Hadisə mayın 24-də səhər saatlarında İranla dövlət sərhədindən 45 km aralıda, Şemdinli rayonunun Kayalar bölgəsində baş verib. İlkin məlumata görə, şəhid olan qoruyucular Fehmi və Ayhan Özər qohumdurlar. Yaralılar Şemdinli Dövlət Xəstəxanasına yerləşdiriliblər.

AzNews.az