Yük maşını çaya düşdü - Yaralılar var

24 May 2018 13:33 (UTC+04:00)

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Mədənçilər qəsəbəsində vaş baş verib.

Belə ki, "QAZel" markalı yük avtomobili idarəetmədən çıxaraq çaya düşməsi nəticəsində, Goranboy rayon sakinləri - 1972-ci il təvəllüdlü Siyavuş Sabir oğlu Məmmədov və 1967-ci il təvəllüdlü Ərəstun Həmid oğlu Məmmədov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

AzNews.az