Azərbaycan damaçısı Avropa çempionu oldu

24 May 2018 14:52 (UTC+04:00)

AZƏRTAC xəbər verir ki, “Neftçi İdman Klubu”nun təmsilçisi, beynəlxalq usta Pərviz Həsənov mötəbər turnirdə uğura imza atıb. Damaçımız İsveçrə sistemi ilə keçirilən yarışda 7 tura 11 xal toplayaraq ilk dəfə Avropa çempionu adını qazanıb. Bundan əlavə, idmançımız rapid (sürətli proqram) turnirində də 1-2-ci yerləri bölüşərək yüksək ada layiq görülüb.

AzNews.az