Şimali Koreyanın Pxunqeri nüvə poliqonu söküldü

24 May 2018 15:05 (UTC+04:00)

“Report” “RT”yə istinadən xəbər verir ki, poliqonda yerləşən və işlək vəziyyətdə olan 3 şaxta yerüstü qurğuları ilə birlikdə partladılıb.

Bununla da poliqonun fəaliyyəti dayandırılıb.

Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen In Cənubi Koreya prezidenti Mun Çje İnlə aprelin sonunda keçirilən görüşündə Pxunqeri nüvə sınağı poliqonunun bağlanacağını bildirmişdi. ABŞ və Rusiya isə bu qərarı alqışlamışdı.

AzNews.az