2020-ci il Çempionlar Liqasının final oyunu İstanbulda keçiriləcək

24 May 2018 16:26 (UTC+04:00)

“Report” xəbər verir ki, matç "Atatürk" Olimpyia Stadionunda olacaq. Bu arena Portuqaliyanın paytaxtı Lissabondakı "Estadio da Luj" stadionunu üstələyib.

Qeyd edək ki, 2005-ci ildə qitənin ən nüfuzlu klub turnirinin finalında İngiltərə təmsilçisi “Liverpul”un İtaliya “Milan”ını məğlub etdiyi oyun da bu arenada baş tutub.

AzNews.az