Eldar Namazovu Talış Birliyi ilə nə bağlayır? - Foto

18 Mart 2013 13:27 (UTC+04:00)

Azəri-Talış Birliyinin Novruz Bayramı ilə bağlı tədbir keçirib. Bu barədə AzNews.az-a kinodramaturq Eldəniz Quliyev məlumat verib.
Onun sözlərinə görə, tədbirdə tanınmış siyasi xadimlər iştirak edib. E.Quliyev öz çıxışında bildirib ki, birliyin qeydə alınması üçün dəfələrlə Ədliyyə Nazirliyinə müraciət olunub: "Qeydiyyatdan keçmək üçün müraciət etmişik. Lakin birliyi qeydiyyata almaq istəmirlər. Nazirlikdən deyirlər ki, əgər siz təşkilatın adından talış sözünü çıxarsanız biz onu qeydiyyata alarıq".

Tədbirdə "El" Hərəkatının rəhbəri Eldar Namazov da iştirak edib. E.Namazov tədbirin ərsəyə gəlməsində zəhməti olanlara minnətdarlıq edib və "EL" Hərəkatının Azərbaycan xalqı, dövləti üçün fayda verəcəyini deyib.

Sonda tədbir iştirakçılar da daxil olmaqla, birlik bütün Azərbaycan xalqının novruz bayramını təbrik edib.

Bahar Rüstəmli
AzNews.az