ABŞ prezidenti Şimali Koreya lideri ilə görüşməyəcək - Trampdan imtina?

24 May 2018 18:05 (UTC+04:00)

AzNews.az BBC-yə istinadən xəbər verir ki, bu barədə D. Tramp K. Çen Ina göndərdiyi məktubunda bildirib.

"Təəssüf ki, sizin son bəyanatınızda nümayiş etdirilən böyük qəzəb və açıq düşmənçiliyə əsaslanaraq, mən hesab edirəm ki, hazırda çoxdan planlaşdırılan bu görüşü keçirmək məqsədəuyğun deyil", - deyə məktubda qeyd olunub.

"Siz öz nüvə silahlarınızın gücündən danışırsınız, lakin ABŞ-ın da nüvə gücü çox qüdrətlidir. Mən hər gün Allaha dua edirəm ki, biz o silahları heç vaxt istifadə etməyək.",- deyə o əlavə edib.

Məktubun sonunda qeyd olur:

"Dünya və Şimali Koreya uzunmüddətli sülh əldə etmək şansını itirdi. İtirilmiş bu şans tarixin ən məyusedici anlarından biridi."

Qeyd edək ki, görüşün iyunun 12-də Sinqapurda keçirilməsi planlaşdırılırdı.

AzNews.az