Xəzərdə qayıqda tapılmış meyitlərin kimliyi məlum olub

24 May 2018 21:34 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, bunlar bir ay əvvəl Sumqayıt şəhəri ərazisindən dənizə çıxmış 2003-cü il təvəllüdlü Adil Müşviq oğlu Cəbiyev və 2001-ci il təvəllüdlü Nüsrət Nəzər oğlu Nəzərovdur.

Meyitlər müayinə olunduqdan sonra ailələrinə təhvil veriləcək.