Naxçıvanda 2 publik hüquqi şəxs yaradıldı - Sərəncam

24 May 2018 23:02 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, bu barədə bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq sərəncamlar imzalayıb.

Beləliklə, Naxçıvan Şəhər Yaşıllaşdırma İdarəsinin əsasında “Naxçıvan Yaşıllaşdırma Xidməti” publik hüquqi şəxs yaradılıb, Naxçıvan Muxtar Respublikasının Diaqnostika-Müalicə Mərkəzinə isə publik hüquqi şəxs statusu verilib.