Azərbaycan neftinin son qiyməti

24 May 2018 23:14 (UTC+04:00)

AzNews.az istinadən xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 23-də 78,95 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,46 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 23-də 76,24 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,4 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə mayın 23-də 78,8 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,43 dollar/barel azdır.