Bakı Təhsil İdarəsinin müdiri təltif edildi

18 Mart 2013 14:07 (UTC+04:00)



Təhsil İdarəsinin müdirinin döş nişanı ilə təltif edilməsi barədə qərarı Həmkarlar İttifaqı Konfederasiyasının İcraiyyə Komitəsi qəbul edib.

Martın 18 – də Bakı Şəhəri üzrə Təhsil İdarəsində keçirilən təntənəli təqdimat mərasimində döş nişanını Nailə Rzaquliyevaya Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə təqdim edib. Mirzə Cəfərzadə bildirib ki, BŞTİ - nin müdiri döş nişanı ilə Həmkarlar İttifaqı orqanlarının işində fəal iştirakına görə təltif olunub.

Qeyd edək ki, yubiley döş nişanı ilk olaraq Azərbaycan prezidenti İlham Əliyevə təqdim edilib.

Elnarə Əlosmanqızı
AzNews.az