Həbsdən çıxan azyaşlı bacı qardaşı ilə belə görüşdü - Foto

25 May 2018 13:27 (UTC+04:00)

AzNews.az xəbər verir ki, 4 saylı cəzaçəkmə müəssisəsində qadın məhbuslardan biri orada doğulan qız körpəsi ilə azadlığa buarxılıb. Onları müəssisənin qarşısında ananın digər oğul övladı qarşılayıb. Bacı ilə qardaşın görüşməsi zamanı çəkilən foto sosial şəbəkədə maraqla qarşılanıb.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə mayın 24-də əfv sərəncamı imzalayıb. Sərəncam ümumilikdə 634 nəfərə şamil olunub.

Bahar RÜSTƏMLİ
AzNews.az