Dünya çempionatının rəsmi mahnısı - Video

25 May 2018 13:50 (UTC+04:00)

"Report"un məlumatına görə, mahnını məşhur aktyor və Qremmi musiqi mükafatının amerikalı sahibi Uill Smit, onun həmyerlisi Niki Cem və albaniyalı Era İstrefi ifa edirlər.

Amerikalı dicey və bəstəkar, "Diplo" ləqəbli Tomas Uesli Pentsin prodüseri olduğu musiqi "Live It Up" ("Nəyi var yaşa") adlanır. İyunun 7-də mahnının rəsmi videoklipi təqdim olunacaq. Artistlər iyulun 15-də Moskvada keçiriləcək final matçından əvvəl "Lujniki" stadionunda çıxış edəcəklər.

Qeyd edək ki, dünya çempionatı iyunun 14-də start götürəcək.

AzNews.az