Bu barədə "Report"a Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
O bildirib ki, Şuay Alpay Azərbaycan Demokratik Respublikasının (ADR) 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edəcək.
Qeyd edək ki, onun anasının atası (babası) Məhəmməd Qasım bəy 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin üzvlərindən olub və Azərbaycanın Milli Qəhrəmanıdır. Həmçinin 1920-ci ildə bolşeviklərin işğalı zamanı Gəncənin müdafiəsi məhz Məhəmməd Qasım bəyə tapşırılıb.
AzNews.az