İrəvan teatrı Rüstəm İbrahimbəyovun xəyanətkar mövqeyini pislədi

25 May 2018 15:08 (UTC+04:00)

AZƏRTAC xəbər verir ki, bu fikirlər Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivinin məsələ ilə bağlı keçirilən iclasında səsləndirilib.

İclasda teatrın direktoru, Əməkdar Mədəniyyət İşçisi İftixar Piriyev, “İrəvan Mədəni İrsinin Təbliği” İctimai Birlinin sədri, teatrın ədəbi hissə müdiri Nərminə Ağayeva, teatrın baş rejissoru, Əməkdar Artist Sərvər Əliyev, aktyorlar Səmayə İsmayılova, Vaqif Kərimov, Xatirə Süleymanova çıxış edərək Rüstəm İbrahimbəyovun xəyanətkar, satqın əməllərinə münasibət bildiriblər. Çıxışlarda Azərbaycan xalqının ziyalısı adı altında kölgələnən, lakin uzun illərdir bütün əməlləri ilə Azərbaycan xalqına xəyanətkar mövqedə olan Rüstəm İbrahimbəyovun dönüklüyü pislənilib.

AzNews.az