17 vətəndaşımızın saxlanılması xəbəri təkzib edildi

18 Mart 2013 14:51 (UTC+04:00)


Bunu Trend-in sorğusuna cavab olaraq İranın Azərbaycandakı səfirliyindən bildiriblər.

İran polisi Qərbi Azərbaycanın Maku şəhəri ərazisində Türkiyəyə getmək istəyən, yolunu azaraq soyuq hava, qar və çovğunda qalan 17 əcnəbi vətəndaşa yardım edib. Onlar həbs olunmayıblar. Həmin əcnəbilərdən 2 nəfər qadın Azərbaycan vətəndaşı, digərləri isə Əfqanıstan və Pakistan vətəndaşları olublar. Əcnəbi vətəndaşlara yardım göstərildikdən sonra onlar İran ərazisini tərk ediblər və hazırda İranda deyillər.
Qeyd edək ki, İran İslam Respublikası Sərhəd Qoşunlarının komandiri, general Hüseyn Zülfüqari bildirmişdi ki, İran və Türkiyə sərhədini qanunsuz yolla keçməyə cəhd göstərən 17 Azərbaycan vətəndaşı İran sərhədçiləri tərəfindən saxlanılıb.
Zülfüqari deyib ki, saxlanılan şəxslərdən 15-i kişi və 2-si isə qadındır.

AzNews.az