"Liverpul"un misirli ulduzu finalda oruc tutacaq? - Kloppdan açıqlama (Foto)

25 May 2018 19:43 (UTC+04:00)

AzNews.az dünya mətbuatına istinadən xəbər verir ki, bu barədə baş məşqçi Yurgen Klopp bu gün keçirilən mətbuat konfransında bildirib:

“Salahın dini əqidəsinə qarışa bilmərəm. Amma sabahkı matçın əhəmiyyətini dərk edir. Ona görə də o, sabah oruc tutmayacaq”.

Klubun fizioterapevti Ruben Pons isə Salahın dünən və bu gün də oruc tutmadığını söyləyib.

Qeyd edək ki, Çempionlar Liqasının finalında Liverpul klubu "Real Madrid"lə qarşılaşacaq və oyun may ayının 26-ı Bakı vaxtı ilə 22:45-də start götürəcək.