AzNews.az Nazirliyin mətbuat xidmətinə istinadən istinadən xəbər verir ki, 2018-ci ilin 4 ayı ərzində bruselyoz xəstəliyinə qarşı 123755 baş xırdabuynuzlu heyvanda “Rev-1” vaksini ilə, 56895 baş iribuynuzlu heyvanda “S-19” vaksini ilə peyvəndləmə işləri aparılıb. Hal-hazırda ölkə ərazisində bu xəstəliyə qarşı peyvəndləmə tədbirləri davam etdirilir.
Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 2018-ci ilin 4 ayı ərzində 457657 baş iribuynuzlu, 24259 baş xırdabuynuzlu heyvanlardan qan nümunəsi alınaraq seroloji müayinə edilib.