Rusiya və Azərbaycan Xəzərin statusunu müzakirə etdilər

18 Mart 2013 15:09 (UTC+04:00)
Rusiya prezidentinin MDB ölkələri ilə delimitasiya və demarkasiya məsələləri üzrə xüsusi nümayəndəsi İqor Bratçikov Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşüb.

APA-nın Rusiya XİN-ə istinadən yaydığı məlumata görə, görüşün əsas məqsədi Xəzər dənizinin hüquqi statusu ilə bağlı məsələ olub. Tərəflər Xəzər regionunda iki ölkənin qarşılıqlı fəaliyyətinə dair məsələləri də müzakirə ediblər.

AzNews.az