APA-nın cənub bürosunun məlumatına görə, Masallı şəhər sakini, 2002-ci il təvəllüdlü Sara Xıdır qızı Hüseynova mayın 17-də saat 14:00 radələrində ailə üzvlərindən xəbərsiz yaşadığı evi tərk edərək naməlum istiqamətə gedib və indiyədək qayıtmayıb.
Sara Hüseynovanın əlamətləri bunlardır: Boyu 173 sm, gözləri və saçları qara rəngdədir, orta bədən quruluşludur. Evdən çıxarkən üzərində mavi rəngli yay gödəkçəsi, qara rəngli cins şalvar, ayağında isə boz rəngli idman ayaqqabısı olub.