Hicab məhbuslarının işi “Yalan günü“nə saxlanıldı

18 Mart 2013 15:33 (UTC+04:00)
2012-ci ilin 5 oktyabr aksiyasına görə tutulan Rövşən Allahverdiyev, Tərlan Ağadadaşov, David Kərimov, Muraday Quluyev, Ceyhun Quliyev, Telman Şirəliyev, İlham Hətəmov, Anar Qasımlının Nərimanov Rayon Məhkəməsində aparılan mühakiməsi aprelin 1-nə qalıb. "Media forum"a danışan vəkil Mənsum Bayramov xəbər verib.

Vəkil qeyd edib ki, martın 18-də keçirilən prosesdə prokurorun çıxışı olmalı idi: "Dövlət ittihamçısı çıxışa hazır olmadığını dedi".

Ötən il oktyabrın 5-i Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş "Hicaba azadlıq" aksiyasında polislə kəskin qarşıdurma olub. Hadisəyə görə 36 nəfər həbs edilib. Aksiyada baş verənlər Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə araşdırılıb.

AzNews.az