Bakının mərkəzində güclü yanğın

18 Mart 2013 15:42 (UTC+04:00)


Lent.az-ın verdiyi məlumata görə, Dinyuşkin küçəsi 42 ünvanında yerləşən mebel sexində güclü yanğın başlayıb. Əraziyə xeyli yanğınsöndürmə texnikası və canlı qüvvə cəlb edilib.

Xətai rayon Dövlət Yanğından Mühafizə hissəsindən bildirilib ki, 2-ci dərəcəli çağırışla əraziyə yanğınsöndürmə briqadaları göndərilib. Yanğın saat 16 radələrində söndürülüb.

Ölən və ya xəsarət alan olmayıb.