Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir

26 May 2018 18:39 (UTC+04:00)

Təbrikdə deyilir: "Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edəsiniz".

XXX

“Russneft” Neft Şirkəti Publik Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədri Mixail Qutseriyevdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib:

"Xahiş edirəm, ölkənizin milli bayramı – Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edəsiniz.

Bu gün Azərbaycan çoxəsrlik ənənələrin qayğı ilə qorunub saxlandığı, xalq müdrikliyinin, xeyirxahlığın, tolerantlığın nəsildən-nəslə ötürüldüyü, xalqın azadlıq və müstəqilliyinə dəyər verildiyi bir ölkədir.

Əminəm ki, Sizin müdrik rəhbərliyiniz altında Azərbaycan iqtisadi tərəqqi yolu ilə bundan sonra da inamla irəliləyəcək, güclü sosial-iqtisadi islahatların nəticələrini bütün dünyaya nümayiş etdirəcək, respublika vətəndaşlarının rifahı və beynəlxalq arenada ölkənin nüfuzu daha da yüksələcəkdir.

Hörmətli İlham Heydər oğlu, səmimi qəlbdən Sizə möhkəm cansağlığı, xoşbəxtlik, bütün işlərinizdə və təşəbbüslərinizdə uğurlar arzulayıram".

XXX

Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyevdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib:

"Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirəm. Azərbaycan Respublikası firavanlaşan müasir dövlətdir. Azərbaycan ölkə vətəndaşlarının mənafelərinə və xoşməramlı iradəsinə əsaslanan müstəqil siyasət yürütməklə beynəlxalq aləmdə öz mövqelərini ardıcıl surətdə möhkəmləndirir.

Əmin olduğumu bildirirəm ki, Dağıstan ilə Azərbaycan arasında konstruktiv qarşılıqlı əlaqələr və dostluq münasibətləri bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına firavanlıq və əmin-amanlıq arzulayıram".

XXX

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyevdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "İcazə verin, şəxsən Sizi və bütün Azərbaycan xalqını Respublika Günü münasibətilə ürəkdən təbrik edim.

Qardaş Azərbaycan bu yubiley ilini dünyanın ən uğurla inkişaf edən qüdrətli və müstəqil ölkələrindən biri kimi qarşılayır. Sizin siyasi müdrikliyiniz və yüksək rəhbərlik təcrübəniz sayəsində Azərbaycan dünya siyasi arenasında öz mövqeyini gündən-günə gücləndirir, bütün ölkələrlə və ilk növbədə, Rusiya ilə dostluq əlaqələrini möhkəmləndirir.

Sizə və ailənizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və rifah, hər bir azərbaycanlı evinə isə əmin-amanlıq və firavanlıq arzulayıram".

XXX

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin baş katibi Asəf Hacıyevdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Sizi Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqının rifahı naminə gördüyünüz böyük işlərdə uğurlar arzulayıram.

Bu gün sürətli inkişafı ilə hər bir azərbaycanlının qürur duyduğu müstəqil Azərbaycan Respublikası tam bir əsr bundan öncə “Bir dəfə yüksələn bayraq bir daha enməz” ideyası ilə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisidir. Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti təəssüf ki, iki il belə öz müstəqilliyini qoruya bilmədi.

Tarix 1991-ci ildə öz müstəqilliyini bərpa etmiş müasir müstəqil Azərbaycan Respublikasını 1993-cü ildə yenidən parçalanmaq və müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qoydu. Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə bu təhlükələri şərəflə aradan qaldırdı və dahi liderinin göstərdiyi yolla analoqu olmayan bir inkişafa qədəm qoydu. “Əsrin kontraktı” və digər böyük layihələr həyata keçdi. Azərbaycanın geri dönüşü olmayan bu inkişafı bu gün Sizin müdrik rəhbərliyiniz altinda sürətlə davam edir.

Sizin həyata keçirdiyiniz və xalqımızın milli maraqlarını əks etdirən siyasət Azərbaycanın nəinki bölgədə, hətta dünya miqyasında layiqli yer tutmasına imkan verdi. Uğurla həyata keçirdiyiniz Bakı-Tbilisi-Qars dəmir yolu, başa çatmaqda olan TANAP və TAP kimi layihələr Azərbaycanı dünyada güclü və söz sahibi olan bir ölkəyə çevirdi.

Sizin Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığınız mübarizə və tutduğunuz qəti mövqe Vətənimizin hər bir sakininin qəlbindən xəbər verir. Son prezident seçkilərində qazandığınız inamlı qələbə bir daha göstərdi ki, Sizin xalqa arxalanan və hər zaman onun gələcəyini düşünən siyasətiniz Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir və dəstəklənir.

Möhtərəm cənab Prezident, Sizi müstəqil Azərbaycan Respublikasının 100 illiyi münasibətilə bir daha təbrik edir, Sizə xalqımız üçün fövqəladə vacib olan şərəfli fəaliyyətinizdə böyük uğurlar arzulayıram".

XXX

AMEA-nın akademiki, Rusiya Xalqlar Dostluğu Universitetinin professoru Fazil Qurbanovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu.

Sizi milli bayramımız – Respublika Günü münasibətilə Rusiyanın Azərbaycan diasporu adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Biz həm də bu il öz müstəqilliyinin 100 illiyini bayram edən Azərbaycan dövlətini təbrik edirik.

Sizə möhkəm cansağlığı və çoxşaxəli ali dövləti fəaliyyətinizdə yeni uğurlar, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm.

Bu xoş fürsətdən istifadə edərək, Rusiya ilə Azərbaycan arasında səmərəli əməkdaşlığı inkişaf etdirmək, xalqlarımızın maraqları naminə öz tarixi Vətənimlə işləmək arzumu bir daha bildirmək istəyirəm".

AzNews.az