“Qafqaz üçlüyü” filmi Rüstəm İbrahimbəyovun xislətini bir daha ifşa etdi”

26 May 2018 18:56 (UTC+04:00)

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Şabran ziyalısı, şair-publisist Aydın Tağıyev deyib.

“İbrahimbəyov tanınmış şəxs olmağından istifadə edib bizim facilərimizi təbliğ edə bilərdi. Azərbaycan torpaqlarının işğalı, Xocalı soyqırımı, bir milyona yaxın qaçqın və köçkünümüz barədə film çəkmək əvəzinə görün nə edib. “Qafqaz üçlüyü” filminə baxıb dəhşətə gəldim. Filmdə Azərbaycan xalqı vəhşi, qəddar obrazda, ermənilər isə alicənab, sülhsevər təqdim olunur. İbrahimbəyov belə bir iş tutmaqla xalqımızın düşməni olduğunu nümayiş etdirdi”, - deyə Aydın Tağıyev bildirib.

Aydın Tağıyev qeyd edib ki, insanlar iqtidara qarşı müxalif mövqedə ola bilər. Buna görə kimsə qınanmaz. Amma İbrahimbəyovun tutduğu əməl birbaşa Azərbaycan xalqına qarşı yönələn xəyanətkar addımdır. “İbrahimbəyovun bu xəyanəti xalqımız tərəfindən heç zaman bağışlanmayacaq. Xalqına nifrət edən o xalqın fəxri adını daşıya bilməz. Bu film onun yaradıcılığında, həm də həyatında qara ləkə kimi həmişə üzünə vurulacaq. Vətənini düşmənə satan xainlərə ar olsun!” - deyə şabranlı ziyalı fikrini tamamlayıb.

AzNews.az