Sərnişin avtobusu mikroavtobusla toqquşdu - Yaralılar var

26 May 2018 19:03 (UTC+04:00)

"Report" xəbər verir ki, Xaçmazdan Bakı istiqamətində hərəkət edən iki sərnişin avtobusu mikroavtobusla toqquşub.

İlkin məlumata görə, qəza zamanı 4 nəfər xəsarət alıb. Hadisə yerinə təcili yardım maşınları cəlb edilib.

AzNews.az