Sərdar Cəlaloğlunun başı kitab yazmağa qarışıb

18 Mart 2013 16:09 (UTC+04:00)
"Mütləqin aşkarlanması barədə kitab yazıram. Bu yeni bir elmdir, mütləq necə aşkarlana bilər. Konstitusiologiya adında yeni bir elmdir. Artıq yekunlaşmaq üzrədir"

Bunu AzNews.az-a ADP sədri Sərdar Cəlaloğlu bildirib. ADP sədri hesab edir ki, siyasi fəaliyyətdən əlavə kifayət qədər vaxtı olur: "Həmin vaxtı elə-belə, boş-boş şeylərə, çayxana söhbətlərinə sərf etməkdənsə, daha ciddi işlərlə məşğul olmaq lazımdır. Hər bir lider yalnız siyasi bəyanatlar verməklə kifayətlənməməlidir, həm də milləti maraqlandıra bilən, milləti tanıdan başqa işlərlə məşğul olmalıdır".

S.Cəlaloğlu hazırda bitirməkdə olduğu kitabda siyasi proseslərin yer alması barədə düşünməyib: "Qətiyyən bu kitabda siyasi proseslərə yer verməmişəm. Bu kitab sadəcə olaraq yaranışdan bəhs edən bir kitab olacaq. Yəni, ümumi, elmi-fəlsəfi yanaşmadır".

Gültəkin
AzNews.az