“Qanuni oğru” ölkəsinə göndərildi

18 Mart 2013 16:19 (UTC+04:00)


Bu barədə məlumatı "Pryam-kraym" yayıb. Məlumata görə, 34 yaşlı "qanuni oğru" martın 16-da Moskva-Tbilisi reysi ilə ölkəsinə yola salınıb.

Kriminal aləmdə "Ceko Tbilisski" ləqəbi ilə tanınan "qanuni oğru" narkotiklərin qanunsuz dövriyyəsinə görə təqsirləndirilərək son 4 ilini müxtəlif cəzaçəkmə müəssisələrində həbsdə olub.

Martın 1-də Ceko həm də Rusiya ərazisinə qeyri-leqal yolla daxil olmaqda təqsirləndirilərək saxlanılıb. Ölkəsinə deportasiya edilən "qanuni oğru"nün üzünə Rusiya yolu 5 il bağlı qalacaq.

Elnarə
AzNews.az