Liftə görə xəstəni 16-cı mərtəbədən həyətə FHN-çilər düşürdü

27 May 2018 17:24 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xəstənin təcili xəstəxanaya çatdırılmasına kömək məqsədilə xilasedicilər A.Novruzovu pilləkənlə 16-cı mərtəbədən aşağı endirmiş və həkim briqadasına təhvil veriblər.

Əməliyyat başa çatıb.