Avroliqanın həlledici oyunu Bakıda keçiriləcək - "Beşiktaş"ın prezidenti

27 May 2018 19:11 (UTC+04:00)

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, gələn mövsüm UEFA Avropa Liqası finalının Bakıda keçiriləcəyini xatırladan iş adamı komandasının paytaxtımızda kubok qazanmasını istədiyini bildirib:

“Xəyallarımı bəzəyən 3 final var: Avropa Liqası, Çempionlar Liqası və UEFA Superkubok finalı. Növbəti mövsümdə Avroliqanın həlledici oyunu Bakıda keçiriləcək. Azərbaycanda çempion olsaq, “Vodofon Park Arena”da təşkil olunacaq Superkubok finalına vəsiqə qazanacağıq. Hətta 2020-ci ildə İstanbulda oynanılacaq Çempionlar Liqasının finalında da “Beşiktaş”ı görə bilərik. Niyə də olmasın?!”.

Qeyd edək ki, Super Liqada 4-cü pilləni tutan “Beşiktaş” bu mövsüm Türkiyəni Avropa Liqasında təmsil edəcək.