AzNews.az xəbər verir ki, çempionatın 6-cı yarışının qalibinə kuboku Monako knyazı II Albert və xanımı təqdim etdi.

78 dövrə ərzində birinciliyini qoruyub saxlamağı bacaran, həm də günün sürücüsü seçilən Rikkardo bu mövsüm ikinci, karyerasının 7-ci qələbəsini qazandı .Onun ardıyca isə podiuma 2 dördqat dünya çempionları Ferrari pilotu Sebastyan Fettel və Bakıda qalib olan Mercedes pilotu Lyuis Hamilton qalxdı.

Yarış boyu ilk cərgələrdə heç bir dəyişiklik olmadı. Həmişə olduğu kimi Monakoda az sayda ötmələrə rast gəlindi. Yarışa ilk sıralarda Daniel Rikkardo, Sebastyan Fettel, Lyuis Hamilton, Kimi Raykkonen, Valtteri Bottas başlamışdı. Sıralanma turunda iştirak edə bilməyən Red Bull sürücüsü Maks Ferstappen isə sonuncu yerdə start götürmüşdü.

Yarış boyu gərgin mübarizə sərgiləyən və azarkeşləri darıxmağa qoymayan Ferstappen finişə 9-cü çata bildi.

Alonso bolidində ötürmələr qutusundakı problemlər səbəbindən finişə çata bilmədi.
Hazırlıq siqnalından sonra mexaniklər bolidə müdaxilə etdiklərinə görə stüartlar Williams sürücüsü Sirotkinə 10 saniyəlik dayan və get cəzası verdi. Nəticədə rusiyalı pilot finişə elə komanda yoldaşı ilə sonuncu çatdı.
73-cü dövrədə tunelin çıxışında monakolu Zauber pilotu Şarl Leklerin əyləci işləmədiyindən Toro Rosso-lu sürücü Brendon Hartli ilə toqquşdu. Nəticədə hər iki sürücü mübarizədən kənar qaldı. Yarışda virtual təhlükəsizlik rejimi elan edildi.



Növbəti yarış 2 həftə sonra Kanadada baş tutacaq.
Hazırda reytinq cədvəlinə 110 xalla Lyusi Hamilton başçılıq edir. 96 xalla S. Fettel ikinci, 72 xalla D. Rikkardo üçüncüdür.
Mühəndislər kubokunda isə Mercedes komandasının hegemonluğu davam edir - 178 xalla. 156 xalla Ferrari komandası liderdən geri qalır. Red Bull isə 107 xalla üçüncüdür.