Gəncə-Sankt-Peterburq və Sankt-Peterburq-Bakı aviareyslərində gecikmə

27 May 2018 20:42 (UTC+04:00)

AzNews.az xəbər verir ki, "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən"APA-ya verilən məlumata görə, aviareysin gecikməsi hava gəmisinin texniki nasazlığı ilə əlaqədardır.

“Reysin 5 saatdan çox yubanması ilə əlaqədar olaraq, aviaşirkətin qaydalarına əsasən yubanan reysin sərnişinləri lazımi hər şeylə, o cümlədən isti yeməklə təmin olunacaq. Yaranan narahatlığa görə üzr istəyirik”, - deyə məlumatda vurğulanıb.