Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara çaylarında 30-40, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edib.
Tranzit çaylarda son vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 407 m3/s olmaqla ongünlük normanın 59 faizini təşkil edib. 2017-ci ildə isə bu rəqəm 505 m3/s olmaqla ongünlük normanın 73 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 97 m3/s olmaqla, ongünlük normanın 49 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 171 m3/s təşkil edərək ongünlük normanın 86 faizinə bərabər olub.
Surra məntəqəsində suyun səviyyəsi 310 sm (2017-ci il mayın 25-də 388 sm), Şirvanda 121 sm (2017-ci il mayın 25-də 255 sm), Salyanda 37 sm (2017-ci il mayın 25-də 182 sm), Bankədə 167 sm (2017-ci il mayın 25-də 179 sm), Araz çayının Novruzlu məntəqəsində isə 16 sm (2017-ci il mayın 25-də 92 sm) təşkil edib.