İstanbul boğazındakı körpü dövlət bayrağımızın rənglərində işıqlandırılıb

28 May 2018 09:59 (UTC+04:00)

Azərtac xəbər verir ki, körpünün işıqlandılması mayın 28-də də davam edəcək. Bu barədə razılaşma Azərbaycanın İstanbuldakı baş konsulluğu ilə Türkiyənin nəqliyyat, kommunikasiya və dənizçilik nazirliyi arasında əldə olunub.

Qeyd edək ki, körpü ötən il də Azərbaycan bayrağının rənglərində işıqlandırılmışdı.