Gürcüstan-İran-Rusiya sərhədində AXC-nin 100 illiyinə həsr olunmuş yürüş keçirildi

28 May 2018 13:09 (UTC+04:00)

Dövlət Sərhəd Xidmətindən APA-ya verilən məlumata görə, ən nümunəvi hərbi qulluqçularının iştirak etdiyi sərhədçi yürüşlərinə quru sərhədlərində süvari dəstələr, sərhəd sularında isə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gö­zətçi gəmiləri cəlb olunub.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində milli üçrəngli bayrağımızı dalğalandıran yürüş iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etmək şərəfindən doğan iftixar hisslərini ifadə edib, torpaqları­mızı işğaldan azad etməyə və bütün sərhədlərimiz boyu dövlət bayrağı­mızı yüksəltməyə hər an hazır olmalarını bildiriblər.

AzNews.az