Şiddətli yağışlar 23 nəfərin həyatına son qoydu

28 May 2018 15:19 (UTC+04:00)

Trend-in məlumatına görə, təbiət hadisəsi ilə əlaqədar 75 minə yaxın sakin təxliyə olunub.

Bundan əvvəl 19 nəfərin öldüyü xəbər verilmişdi.

Kəskin hava şəraiti səbəbindən mindən çox ev dağılıb. Yollar zədələnib, məktəblərdə dərslər dayandırılıb.

Qeyd olunur ki, Şri-Lankada musson yağışları mövsümü başlayıb.

AzNews.az