Azərbaycanlı aktyor beynəlxalq festivalın diplomuna layiq görüldü

28 May 2018 15:36 (UTC+04:00)

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aktyor festivalda N.V.Qoqolun “Dəlinin qeydləri” əsəri əsasında hazırlanmış eyniadlı monotamaşanı təqdim edib. Tamaşa həm festival təşkilatçıları, həm də tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Aktyor festivalda uğurlu çıxışına görə diplomla təltif olunub.

AzNews.az