Avropa İttifaqı birdəfəlik plastik qablara qarşıdır

28 May 2018 16:39 (UTC+04:00)

Almaniyanın “Funke Mediengruppe” mediaşirkətinin nəşrləri Avropa Komissiyasının bu gün Brüsseldə təqdim etmək niyyətində olduğu plastik tullantılarla mübarizə tədbirləri paketinə istinadən bunu bildirirlər.

AZƏRTAC xəbər verir ki, sənəd layihəsinə əsasən, qadağa plastikdən olan birdəfəlik qablara aid edilməlidir. KİV-lər bildirirlər ki, bu qabların alternativini asanlıqla və münasib qiymətə əldə etmək mümkündür. Söhbət əsasən birdəfəlik qablar, masaüstü dəstlər, içki üçün boruşəkilli çöplər, pambıq çöplər və hava şarları üçün plastik bərkitmələrdən gedir. Bundan başqa, qəlyanaltıxanalardan alınıb aparılan qidalar üçün plastik qablaşdırmaların istifadəsini məhdudlaşdırmaq da planlaşdırılır.

AzNews.az